Rusiyada koronavirus pandemiyası səbəbindən tətbiq olunan qeyri-iş günləri mayın 11-dək uzadılıb.
“Zirveyolu.info” “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin regionlarda pandemiyanın yayılmasına qarşı tədbirlərlə bağlı keçirilən iclasda deyib. Onun sözlərinə görə, görülən profilaktik tədbirlərə ciddi riayət etməklə qeyri-iş günləri mayın 11-dək uzadılmalıdır:
“Qarşıda bir sıra may tətilləri var. 6,7,8 may tarixləri iş günləri olsa da, bu üç günü əmək haqqının saxlanması ilə qeyri-iş günü elan edilməsini doğru hesab edirəm. İstirahət günləri və may tətilləri də nəzərə alınmaqla bu tarix mayın 11-dək uzadılacaq”.