Manşet

DTX-nin həbs etdiyi sabiq icra başçısı bu ittihamlarla tutulub: Külli miqdarda rüşvət, mənimsəmə…

Ötən gün Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilən Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyevə qarşı istintaq orqanı tərəfindən hansı ittihamların irəli sürüldüyü məlum olub.
Zirveyolu.info oxu.az-a istinadla xəbər verir ki, keçmiş başçı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma və mənimsəmə faktlarında təqsirli bilinib.

Qeyd edək ki, M.Quliyev Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir