Apple tibbi maskaların kütləvi şəkildə yayılması səbəbindən cihazlarındakı “Face ID” üz tanıma skanerinin parametrlərində yenilənmə aparacaq.
“Apple” cihazlarındakı “Face ID” sistemi maskalı üzlə qarşılaşdıqda sistemdə donma hallarının baş verməsi istifadəçilərin şikayətlərinə səbəb olub. İOS əməliyyat sisteminin yeni versiyasında isə skaner istifadəçinin maska taxdığını müəyyənləşdirərək cihaz kilidini açmaq üçün avtomatik olaraq ənənəvi şifrə tələb olunan rejimə keçəcəkdir.
Bununla yanaşı yeni iOS (13.5) versiyasında iPhone istifadəçiləri “Covid-19″a yoluxmuş bir şəxslə əlaqə qurduqları halda xəbərdarlıq göndərəcək bir proqramla təmin olunacaq. Bluetooth texnologiyası vasitəsilə virusun yayılmasını izləməyə kömək edəcək sistem “Google” ilə ortaq layihə əsasında hazırlanıb.