Manşet Səhiyyə

Azərbaycanda daha 40 nəfərdə koronavirus aşkarlandı – RƏSMİ

Azərbaycan Respublikasında 40 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkəmizdə 1894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1411 nəfər müalicə olunaraq sağalıb, 25 nəfər vəfat edib, 458 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 152.597 test aparılıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir