Cəmiyyət

Bakıda bulvar və parklar mayın 4-də açılacaq?

Nazirlər Kabineti yanında Operativ Qərargahın dünənki qərarı ilə ölkənin bir hissəsində parklara girişə icazə verilib.

Qərarda “bulvar” sözü yer aldığı üçün sosial şəbəkələrdə insanlar bunun Bakı bulvarına aid olduğu qənaətinə gəliblər. Lakin bu qərar Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonuna aid deyil.

Bu 4 şəhər və 1 rayonda parklara, bulvar ərazisinə, istirahət mərkəzinə giriş hələ də qadağandır. Mayın 4-dən Naxçıvanda və ölkənin digər rayonlarında bulvar, park və istirahət məkanlarına giriş sərbəst olacaq.

Bu rayonlarda da parklarda və ictimai iaşə obyektlərində insanların bir yerdə 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir