Manşet

Bazar, mağaza və yarmarkalar belə fəaliyyət göstərəcək – RƏSMİ

Pandemiya dövründə qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topdan və pərakəndə satış obyektləri, bazar, yarmarka və s.) koronavirus infeksiyasının profilaktikasına dair qaydalar müəyyənləşib.

Koronavirusinfo.az saytında yerləşdirilən xəbərə görə, sənəd ərzaq məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə çalışan əməkdaşlar və əhalinin sağlamlığının qorunması məqsədi ilə hazırda koronavirus (COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına əsaslanaraq tərtib olunub.

Qaydalarda bildirilir:

– İstehlakçıları məlumatlandırmaq məqsədi ilə infoqrafın çoxaldılaraq müəssisənin giriş-çıxış qapılarında, soyuducuların qapılarında, rəflərdə, piştaxtalarda və rahat görünən digər yerlərdə asılmasını, həmçinin ödəniş həyata keçirilən zaman hər bir istehlakçıya təqdim olunmasını;

– Ərzaq satışı ilə məşğul olan müəssisələrdə insanların ən sıx toplaşdığı yerlərin kassaların qarşısı olduğunu nəzərə alaraq, koronavirus xəstəliyi ilə bağlı vəziyyət normallaşana qədər müəssisənin fəaliyyətdə olduğu saatlarda mövcud olan hər bir kassanın fəaliyyət göstərməsini, həmçinin kassaların qarşısında növbədə duran insanların bir-birlərindən iki metrlik məsafədə dayanmalarını;

– Ərzaq məhsullarının satışı ilə məşğul olan müəssisələrdə çalışan işçilərin gün ərzində bir çox insanla yaxın təmasda olduğunu nəzərə alaraq, birdəfəlik istifadə edilən maska, əlcək (fərqli ərzaq məhsulu ilə təmas və hər hansı səbəbdən çirkləndikdə dəyişilməlidir), həmçinin dezinfeksiya məhlulundan istifadəetmələrini;

– Açıq şəkildə satılan çörək-bulka, unlu-qənnadı məmulatları, quru meyvələr və istehlakdan öncə heç bir termiki emal və yaxud təmizləmə prosesinə məruz qalmayan digər qablaşdırılmamış qida məhsullarının xüsusi vitrin arxasında saxlanaraq istehlakçılardan təcrid edilməsini və bu məhsulların yalnız xüsusi gigiyenik vasitələrlə (əlcək, maska, başlıq və s.) təmin edilmiş işçi heyət üzvləri tərəfindən istehlakçılara təqdim edilməsini;

– Müəssisədə sanitar qovşaqlar, soyunub-geyinmə otaqları, mexaniki və təbii havalandırma, işıqlandırma, su-kanalizasiya sistemləri, təmizlik və dezinfeksiya üçün istifadə olunan vasitələrin mühafizəsi, işçi heyətin şəxsi gigiyenası ilə bağlı ümumi qaydalara əməl olunmasını;

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir