ABŞ kəşfiyyatı Çindən qaynaqlanan koronavirus pandemiyası ilə bağlı məlumatların gizlədilməsinin səbəbini müəyyən edib.
“Associated Press” xəbər verir ki, kəşfiyyat bu qənaətə gəlib ki, Çin höküməti xəstələri müalicə etmək məqsədi ilə kifayət qədər dərman vasitəsi toplamaq üçün bu məlumatları gizlədib.
“Çin tibbi təyinatı olan maddə və vasitələrin idxalını artıraraq, onların ixracını azaldıb”, – deyə məlumatda deyilir.