Səhiyyə

Daha 52 nəfər koronavirusa yoluxdu: ölən var

Azərbaycan Respublikasında 52 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, şəkərli diabet, xronik ürək çatışmazlığı və ürəyin işemik xəstəliyi olan 1969-cu il təvəllüdlü vətəndaş vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 1984 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1480 nəfər müalicə olunaraq sağalıb, 26 nəfər vəfat edib, 478 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 18 nəfərin vəziyyəti ağır, 29 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir