“ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) maliyyələşdirilməsini dayandırmaq qərarı rəsmi Vaşinqtonun məsuliyyətsiz addımı və strateji səhvidir”.
“RİA Novosti” xəbər verir ki, bunu Qoşulmama Hərəkatının videokonfransı zamanı İran prezidenti Həsən Ruhani deyib:
“Koronavirus dünyanın təhlükəsizliyi və sağlamlığı üçün ümumi bir təhdiddir. Koronavirusla mübarizədə ön cəbhə təşkilatı olan ÜST-ün zəifləməsi bu virusa qarşı birgə beynəlxalq mübarizənin zəifləməsi deməkdir”.
Onun sözlərinə görə, ABŞ-ın qərarı yersizdir və heç nə ilə əsaslandırıla bilməz. İran prezidenti qeyd edib ki, beynəlxalq müqavilələri pozan ölkədən başqa bir şey gözləmək lazım deyil:
“ABŞ hökumətinin ÜST-nün lazımi maliyyələşdirilmədən məhrum edilməsi barədə tələsik və məsuliyyətsiz qərarı bütün dünyanın koronavirusa qarşı birgə mübarizəsi zamanı növbəti strateji səhv kimi qəbul edilməlidir”.
Qeyd edək ki, aprel ayında ABŞ Prezidenti Donald Tramp ÜST-ün maliyyələşdirilməsini dayandırdığını elan edib. Trump administrasiyası ÜST-ü koronavirusun yayılmasına vaxtında reaksiya verməməkdə günahlandırır. Eyni zamanda, ABŞ dövlət katibi Mayk Pompeo Vaşinqtonun ÜST-ün dayandırılmış maliyyəsini heç vaxt bərpa etməyəcəyini istisna etməyib.