Rusiyada 3 KİV əməkdaşı koronavirusun qurbanı olub.
Axar.az xəbər verir ki, bunu Rusiya Jurnalistlər İttifaqının rəhbəri Vladimir Solovyev deyib.
“Rusiyada 3 jurnalist vəfat edib, 100-dən çox KİV əməkdaşı da koronavirusa yoluxub. İki jurnalist Moskva və Permdə vəfat edib. Aprel ayında 80 yaşında vəfat edən rejissor Aleksandr Radovu da urnalist hesab edirik”, – Solovyev biuldirib.
Onun sözlərinə görə, hazırda Rusiyada 500-dən çox jurnalist karantində həkim nəzarətində qalır.