Sosial

Əsassız açıqlamalar ictimaiyyəti heç cür çaşdıra bilməz

Son günlər bəzi şəxslər özlərinə məxsus facebook səhifələrində və rəhbərlik etdikləri ayrı-ayrı xəbər portallarında “ağalarından”almış olduqları sifarişləri yerinə yetirib, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə və onun qızı Vüsalə xanım Əhmədzadə haqqında, hətta adı çəkilən vəzifə sahibinin kürəkəni, hansı ki, hal-hazırda BDYPİ-də rəis müavini vəzifəsini daşıyan, polis-polkovniki Rəcəbov İlham Firudin oğlu haqqında əsassız və sərsəm açıqlamalar yayımlayırlar. Belə bir yöndə yayımlanan açıqlamaların bəzilərində qeyd olunur ki, guya Əhməd Əhmədzadənin oğlu Cüma Əhmədzadənin İngiltərə, Çexiya bə Türkiyədə on milyonlarla dəyərləndirilən biznesi, hotelləri, daşınan və daşınmaz əmlakları var. Bu cür məntiqsiz və əsası olmayan açıqlamalardan əlavə, hətta belə bir açıqlamaları da yayımlayırlar ki, guya ASC-nin sədri korrupsiya bataqlığına bulaşmış vəzifə sahibidir və o, uzun illər ərzində dövlət vəsaitlərini talamaqla özünə “səltənət” də qura bilib. O halda sual oluna bilər ki, əgər Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri dövlət vəsaitlərini geninə-boluna talayıb belə bir addımını atıbsa, bəs ölkəmizin hüquq-mühafizə orqanları hara baxırlar ki, bu şəxsi tutduğu əməllərinə görə cəzalandırmırlar? Yaxud da, açıqlamaları yayımlayan kəslərdə Əhməd Əhmədzadənin dövlət vəsaitlərini geninə-boluna mənimsəməsi haqda kifayət qədər dəlil-sübutları varsa, nədən onlar əldə olunan faktları aidiyyatı dövlət qurumlarına təqdim etmirlər?

​ ​ Digər tərəfdən, bu cür əsassız açıqlamaları yayımlayanlar nədən bir anlığa olsa belə öz-özlüyündə düşünmürlər ki, hər bir Azərbaycan Respublikasının vətəndaşı mövcud qanunvericiliyin yol verdiyi hallarda biznes fəaliyyəti ilə ​ məşğul olmaq ixtiyarına sahibdirlər. Tutaq ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin qızı Vüsalə xanım da, ya ölkəmizin daxində, ya da ki, xarici ölkələrin birində biznes fəaliyyəti ilə məşğul olur. Yəni, mövcud qanunvericilik adı çəkilən xanıma belə bir fəaliyyyət növü ilə məşğul olmağı heç də qadağan etmir. O halda sual oluna bilər ki, əgər qanun Vüsalə xanım Əhmədzadəyə belə bir fəaliyyət növü ilə məşğul olmağı qadağan etmirsə, nədən o, biznes fəaliyyəti ilə məşğul olmamalıdır? Yaxud da, məşğul olursa, ​ o hlda o, mütləq “topa tutulmalıdır?”. Onu da unutmaq olmaz ki, adı çəkilən bu xanımın da Konstitusiya ilə müdafiə olunan hüquqları var və heç bir halda heç kimə Vüsalə xanımın vətəndaş hüquqlarının məhdudlaşdırılması yöndə səlahiyyət verilməyib. Ona görə də, hər kəsə tövsiyyə edərdik ki, bu cür məntiqsiz və əsassız açıqlamaları yayımlamazdan öncə, bir qədər götür-qoy etmək, bir qədər fikirləşmək gərəkdir.

​ ​ ​ ​ Düşünürük ki, hal-hazırda BDYPİ-nin rəis müavini vəzifəsini daşıyan polis-polkovniki Rəcəbov İlham Firudin oğlu haqqında yayımlanan açıqlamaların hər biri bu tipli açıqlamalar olduğundan, məhz onların ciddiliyinə diqqət yetirməyə heç də lüzum duyulmur. Məsələnin maraqlı və düşündürücü tərəfi isə ondan ibarətdir ki, son vaxtlar bəzi “yazarlar” özlərini çoxbilmiş hesab etdiklərindən, bu yöndə açıqlamaları yayımlamaqla bir növ gündəmə gəlmək istəyinə düşüblər. Yəni, heç bir halda adlarını çəkməyə lüzum görmədiyimiz həmin kəslər “hər yoldan ötüb-keçənlərdən” müəyyən məlumatları eşidib, həmin məlumatları geniş ictimaiyyətə sensasiya doğura biləcək məlumatlar kimi təqdim etmək istəyinə düşürlər. Amma, həmin kəslər bəzən ataların “Yalan ayaq tutar, amma yeriyə bilməz” müdrik zərb-məsəlini unutmalı olurlar.​ Belə bir halların varlığı da, həmin kəslərin dayaz düşüncəli və naşı olmalarını tam şəkildə sübuta yetirmiş olur.

​ Əslində heç bir əsası, heç bir məntiqi olmayan açıqlamaları yayımlayan kəslər, bu gün “ağaları”nın diktəsi ilə oturub-durduqlarından, məhz belə bir addımlarını atmaq qərarına gəliblər. Düşünürük ki, bütün bunların hər biri əhəmiyyətsiz açıqlamalar olduğundan, bir kimsə yayımlanan açıqlamaların ciddiliyinə fikir verməyəcək və yazı müəlliflərini ittiham da edəcəklər. Çünki, son vaxtlar bəzi vəzifəli şəxslərin həbs olunmaları kimlərinsə fəallaşmasına, bir qədər də dəqiq desək, həmin kəslərin xalq-dövlət yolunda “canıyananlıq” etmələrinə səbəb olmaqdadır. Düşünmək olar ki, bu cür əqidə sahibi olanlar hansı yolla olursa-olsun Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadəni və ona bağlı olanları ləkələməkə, məhz nəyəsə nail olmağa çalışırlar. Amma, həmin kəslər unudurlar ki, onlar tutduqları bu yollla heç də “uzağa gedə bilməyəcəklər”. Çünki, …

Hazırladı Xəlil Yusifoğlu

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir