Kriminal

Pentensiar Xidmətin əsgəri özünü güllələyərək öldürüb

Cəzaçəkmə müəssisəsində əsgər başından özünü gülləyib.

Zirveyolu.info  xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 15 saylı cəza çəkmə müəsissəsində baş verib. Pentensiar Xidmətin əsgəri, 2001-ci il təvəllüdlü Salmanov Polad Nağı oğlu özünü güllələyib. O, alnından güllə yarası alıb.

Yaralı 1 saylı şəhər xəstəxanasına aparılarkən yolda ölüb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya açıqlamasında hadisəni təsdiqləyib. O bildirib ki, hazırda faktla bağlı araşdırma aparılır.

 

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir