Milli Məclisin (MM) növbədənkənar sessiyasının növbəti plenar iclası davam etdirilir.
Unikal.org xəbər verir ki, iclasda deputatlarla yanaşı, Maliyyə naziri Samir Şərifov və Hesablama Palatasının sədri Vüqar Gülməmmədov iştirak edirlər.
MM-in bugünkü iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanunun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılacaq.