Kriminal

Azərbaycanlı tələbənin qətlinə görə xüsusi qərargah yaradıldı – RUSİYADA

Azərbaycandan olan tələbə Timur Qavrilovun amansız qətlinə görə, Rusiyanın Volqoqrad şəhərində xüsusi qərargah yaradılıb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, xüsusi qərargaha Volqoqrad İstintaq Komitəsi, cinayət-axtarış idarəsi və digər orqanların təcrübəli müstəntiqləri daxildir.

“Hazırda mərhumun yaxın ətrafı sorğu-sual edilir. Qatilin və öldürülən şəxsin kamera görüntüləri tədqiq olunur”- deyə Rusiya İstintaq Komitəsinin Volqoqrad şəhəri üzrə nümayəndəsi Nataliya Rudnik açıqlama verib.

Xatırladaq ki, 17 yaşlı Timur Qavrilov Volqoqrad Tibb Universitetinin stamotologiya fakultəsinin 1-ci kurs tələbəsi idi. O, Voroşilov rayonunda gecə saatlarında naməlum şəxsin hücumuna məruz qalıb. 20 bıçaq yarası alan gənc yerindəcə keçinib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir