Cəmiyyət

Mətbuat Şurası bu jurnalistlərlə bağlı Nazirlər Kabinetinə müraciət etdi

“Xüsusi karantin rejiminin sərtləşdirildiyi müddətdə fəaliyyətinə icazə verilən sahələr sırasında kütləvi informasiya vasitələri də yer alıb. KİV-in tələb olunan əməkdaşlarının hərəkətinə onlar barəsində məlumatların “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir. Hər bir KİV-in bu qaydaya əməl etməsi şərtdir”.

Yenisabah.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. O bildirib ki, əmək müqaviləsi olmadan, xidməti müqavilə əsasında çalışan jurnalistlərlə bağlı da hazırda Operativ Qərargahla danışıqlar gedir:

“Onlar müxtəlif KİV üçün materiallar hazırlayır və bu yolla həyatlarını təmin edirlər. Ölkəmizdəki bütün növ KİV-də bu hüquqi əsasla çalışan şəxslər var. Belələrinin də gündəlik işə gəlib-getməsi üçün zərurət yaranır. Azərbaycan Mətbuat Şurası bütün bunları nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargahla müvafiq danışıqlar aparıb. Ümid edirik ki, məsələ tezliklə müsbət həllini tapacaqdır”.

 

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir