Milli Məclisin fəaliyyəti sərtləşdirilmiş karantin rejiminə uyğunlaşdırılır.
APA-nın məlumatına görə, bununla əlaqədar Milli Məclisin plenar iclaslarının iyulun 5-dək keçirilməməsi nəzərdə tutulur.
Artıq bununla bağlı Milli Məclisin komitə sədrlərinə və komitə sədrlərinin müavinlərinə məlumat verilib.
Bununla belə, zərurət yaranacağı təqdirdə iclas keçirilə bilər.
Milli Məclisin Aparatına da iyulun 5-dək məhdud sayda işçi cəlb etmək tapşırılıb.
Qeyd edək ki, iyunun 21-dən iyulun 5-dək Bakıda və daha 7 şəhər və rayonda xüsusi karantin rejiminin sərtləşdirilməsi tətbiq olunub.