Cəmiyyət

Vəzifəli şəxslərin saxlanılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Bəzi kütləvi informasiya vasitələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsininkeçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon İcra Hakimiyyətinin bir sıra vəzifəli şəxslərinin saxlanılması barədə dəqiqləşdirilməmiş informasiyalar yayılıb.
Baş Prokurorluqdan Lent.az -a bildirilib ki, keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsi barədə qurumun mətbuat xidməti ictimaiyyətə ətraflı məlumat verilməsini nəzərdə tutur.
Cəmiyyətdə çaşqınlığa səbəb ola biləcək informasiyaların yayılmasının qarşısının alınması məqsədilə bu qəbildən olan məlumatların Baş Prokurorluğun mətbuat xidməti ilə dəqiqləşdirilməsi xahiş olunur.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir