İqtisadiyyat

“Bakı Neft-Mədən Avadanlıqları” ötən ili mənfəətlə başa vurub

“Bakı Neft-Mədən Avadanlıqları” ASC 2019-cu il 198 min manat xalis mənfəət ilə başa vurub. 2018-ci illə müqayisədə şirkətin xalis mənfəəti cüzi artıb. Belə ki, ASC 2018-ci ili 195 min manat xalis mənfəət ilə bağlamışdı.

Marja ASC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “Bakı Neft-Mədən Avadanlıqları”nın əsas əməliyyat gəlirləri 1 milyon 836 min manat, əməliyyat xərcləri  1 milyon 588 min manat təşkil edib. Şirkət 247 min manat əməliyyat mənfəətindən 49 min manat mənfəət vergisi ödəyib.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə “Bakı Neft-Mədən Avadanlıqları”nın əsas əməliyyat gəlirləri 1 milyon 871 min manat, digər əməliyyat gəlirləri 137 min manat, xərcləri 1 milyon 765 min manat, əməliyyat mənfəəti 243 min manat, mənfəət vergisi ödəməsi 49 min manat təşkil etmişdi.

31 Dekabr 2019-cu il tarixində “Bakı Neft-Mədən Avadanlıqları” ASC 1 milyon 264 min manat cəmi aktivlərə malik olub. Şirkət 2018-ci ilin sonunda 1 milyon 452 min manat cəmi aktivlərə malik idi.

“Bakı Neft-Mədən Avadanlıqları” ASC-nin 2019-cu il dekabrın 31-nə maliyyə hesabatı

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir