Cəmiyyət

Müdafiə Sənayesi nazirinə yeni müavin təyin olundu

Müdafiə Sənayesi nazirinə yeni müavin təyin edilib.

Zirveyolu.-ın məlumatına görə, Mehman Abbas oğlu Baxışov müavin vəzifəsinə təyinat alıb.

Mehman Abbas oğlu Baxışov 1959-cu il iyul ayının 28-də Abşeron rayonunun Altı-Agac kəndində anadan olub. 1981-ci ildə Xəzər Ali Hərbi Dənizçilik Məktəbini mühəndis-texnoloq ixtisası üzrə bitirib. 1981-ci ilin iyul ayından 1985-ci ilin avqust ayına qədər SSRİ Hərbi Dəniz Donanmasının Mərkəzi Kimya Anbarında saxlama şöbəsinin rəisi işləyib. 1985-ci ilin avqust ayından SSRİ Müdafiə Nazirliyinin Hərbi Nümayəndəliyində kiçik nümayəndə işləyib. 1990-cı ilin noyabr ayından SSRİ Müdafiə Nazirliyinin Baş Hərbi nümayəndəliyinin rəisi işləyib. 1992-ci ilin aprel ayından Azərbaycan Respublikası Müdafiə Nazirliyində Silah və Hərbi Texnika İdarəsində qərargah rəisinin müavini işləyib.

1992-ci ilin may ayından 1994-cü ilin yanvar ayına qədər Müdafiə Sənayesi İdarəsində Hərbi nümayəndəliklər şöbəsinin rəisi işləyib.

1994-cü ilin yanvar ayından 2019-cu ilin oktyabr ayınadək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Müdafiə Sənayesi İdarəsinin rəisi vəzifəsində xidmət edib.

2019-cu ilin oktyabr ayından Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə ehtiyata buraxılıb.

2019-cu ilin noyabr ayından Azərbaycan Respublikası Müdafiə Sənayesi nazirinin (hərbi-texniki əməkdaşlıq üzrə) müşaviri təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi nazirinin müavini təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2008-ci il tarixli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2013-cü Sərəncamı ilə General-mayor hərbi rütbəsi verilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir