Xəbər verdiyimiz kimi, kriminal aləmdə “Lotu Quli” ləqəbiylə tanınan Nadir Səlifov avqust ayının 20-də Türkiyənin Antalya şəhərindəki mehmanxanaların birində başından 4 güllə yarası alaraq qətlə yetirilib.
Qətldən az sonra hadisəni törədən 25 yaşlı Xan Əhmədlinski (Xəqan Zeynalov) Türkiyə polisi tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunub.
Dünən İstanbulun Böyükçəkməcə rayonunda torpağa tapşırılan kriminal avtoritetin yeganə varisi onun qardaşı, eyni zamanda qanuni oğru titulu daşıyan Namiq “Bakinski” kimi tanınan Namiq Səlifov təyin olunub.
OperativXeber.Az Rusiyanın “Praym Kraym” informasiya agentliklərinə istinadən məlumat verir ki, Nadir Səlifov torpağa tapşırıldıqdan sonra, Türkiyədə və eləcə də Rusiyanın müxtəlif şəhərlərində “sxodka” keçirilib.
Keçirilmiş “sxodka”nın nəticəsi olaraq Namiq Səlifov “Lotu Quli”nin yerinə lider təyin edilib.
Eləcə də qeyd olunur ki, sxodkada iştirak edən tanınmış avtoritetlər, Namiqi qardaşı Nadir Səlifova bərabər nüfuza malik olduğunu və ona böyük ümidlər bəsləndiyini bildirmişlər.
Baxmayaraq bu günlərdə “Praym Kraym” informasiya agentliyinin direktoru Viktoriya Gefter məsələylə bağlı şəxsi versiya irəli sürmüşdür ki, cinayətkar aləmdə liderliyə iddia edə biləcək yeganə kriminal avtoritet Suxumi klanının lideri Merab Djanqveladzedir.
Lakin kriminal aləmin son anda qəbul etdiyi qərar, yəni Namiq Səlifovun yeganə namizəd olaraq qəbul edilməsi, media rəhbərinin versiyasını alt-üst etdi.
Xatırladaq ki, Namiq Səlifov, Qela Kardavanın təşəbbüsüylə 2013-cü ildə İspaniyada keçirilmiş “sxodka” zamanı qanuni oğru tituluna layiq görülüb.
OperativXeber.Az
[media=https://www.youtube.com/watch?v=QXPvVX2buSM]