Cəmiyyət Manşet

“MilliÖn” terminallarında nə baş verir? – FOTO

Bakı sakinləri “MilliÖn” terminallarının işləməməsindən narazıdır.

Bu barədə sosial şəbəkədə paylaşım edilib. Vətəndaşların sözlərinə görə, paytaxtın Yasamal rayonu, H.Cavid prospektində (20 nömrəli məktəb-lisey yaxınlığı) quraşdırılan 2 ədəd “MilliÖn” terminalının heç biri işləmir:

“Aparatlar səhərdən camaatın pulunu götürür, amma karta yükləmir. O qədər adamın bəlkə də onda biri çekini saxlayıb, ödənişini bərpa edəcək. Qalan adamların pulları getdi. İnsanların əsəblərinin korlanması, işə gecikməsi də bir yandan. Bu ilk dəfə deyil, yeqin son da olmayacaq. Bu problemi kimə deyək, necə həll edək? “MilliÖn” çağrı mərkəzini də yığırsan, cavab verən yoxdur”.

“İnşaatçılar” metrostansiyasının çıxışında quraşdırılan “MilliÖn” terminalında da vəziyyət eynidir.

Məsələ ilə bağlı “Oxu.az”  “MilliÖn” şəbəkəsi ilə əlaqə saxlamağa çalışdı, lakin rəsmən problem barədə məlumatı dəqiqləşdirmək mümkün olmadı.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir