Cəmiyyət Manşet

Bakıda bəzi “MilliÖn” terminalları işləmir – AÇIQLAMA

Metronun “Neftçilər” stansiyasının çıxışında quraşdırılan “MilliÖn” terminalları işləmir.
Oxu.Az-ın məlumatına görə, söhbət paytaxtın Nizami rayonu ərazisindən gedir.
Belə ki, səhər saatlarından etibarən “Neftçilər” metrostansiyasının hər iki çıxışında yerləşən “MilliÖn” terminallarının işində problem yaranıb.
Vətəndaşların sözlərinə görə, artıq bir həftədir ki, vəziyyət belədir.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən “MilliÖn” şəbəkəsinin İctimaiyyətlə Əlaqələr və Müştəri Xidmətləri İdarəsinin rəhbəri Ülviyyə Əfəndiyeva bildirib ki, ərazidə qoyulan terminalların bir həftədir işləməməsi həqiqəti əks etdirmir:
“Qeyd edilən ərazidə iki “MilliÖn” terminalı var. Onlardan biri gün ərzində inkassasiya olunacaq. Terminallardan birində son ödəniş səhər saat 05:00 radələrində həyata keçirilib. Hazırda terminal çalışmır.
Dərhal bu barədə texniki xidmətə məlumat ötürülüb. Gün ərzində yaranan problem aradan qaldırılacaq. Texniki xidmətin əməkdaşları terminallara baxış keçirməlidir. Ola bilər ki, müştərilər pulu aparata qatlanmış formada salıblar və əskinaslar orada ilişib. Ya da ola bilər ki, terminala yad cisimlə müdaxilə edilib.
Problem elektrik cərəyanında yaşanan nasazlıqla da əlaqədar ola bilər. Odur ki, bütün hallarda gün ərzində terminallara baxış keçiriləcək və problem aradan qaldırılacaq”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir