İqtisadiyyat

Dünyanın ən nəhəng dövlətləri rekord həddə borclanıblar

Ən böyük iqtisadiyyata malik ölkələr koronavirus pandemiyası səbəbilə rekord həddə borclanıblar.

“Wall Street Journal” bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına istinadən xəbər yayıb.

Bildirilir ki, bu İkinci Dünya müharibəsindən sonra ən yüksək göstəricidir.

Məlumata görə, iqtisadiyyatı inkişaf etmiş ölkələrdə 2020-ci ilin iyul ayında dövlət borcu dünya üzrə Ümumi Daxili Məhsulun (ÜDM) 128 faizinə bərabər olub. 1946-cı ildə bu göstərici 124 faiz təşkil edib.

Sabiq ABŞ Prezidenti Corc Buşun vaxtında İqtisadi Şuranın rəhbəri olan Qlenn Habbard hökumətlərin borc artımından narahatlığını dilə gətirib. O, virusun yayılma sürətinə nəzarət edilməsinin vacibliyini vurğulayaraq, müharibə vaxtı ilə müqayisənin tamamilə doğru olduğunu qeyd edib.

İkinci Dünya Müharibəsindən sonra inkişaf etmiş ölkələr iqtisadi artım sayəsində borc səviyyələrini tez bir zamanda azaltmağı bacardılar. 1959-cu ilə qədər ÜDM borcu ikiqat az aşağı düşdü. Ancaq bu dəfə belə nəticələr əldə etmək daha çətin olacaq. Bunun əsas səbəbi əhali artımının, işçi qüvvəsinin və məhsuldarlığın azalmasıdır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir