Cəmiyyət

Taksi xidməti ilə bağlı açıqlama verən BNA rəsmisi vəzifəsindən azad edildi – RƏSMİ + YENİLƏNİB/VİDEO

Xəbər verdiyimiz kimi Bakı Nəqliyyat Agentliyinin hüquq şöbəsinin müdiri Hikmət Babayev işdən çıxarılıb.

Bunu APA-ya Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

14:52

Bakı Nəqliyyat Agentliyinin (BNA) taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı qalmaqallı açıqlama verən şöbə müdiri Hikmət Babayev işdən çıxarılıb.

Bu barədə Report-a BNA-dakı mənbə bildirib.

Xatırladaq ki, ötən gün Agentlik açıqlama yayaraq H.Babayevin dediklərinin onun şəxsi fikri olduğunu, qurumun mövqeyini əks etdirmədiyini, şöbə müdiri ilə bağlı müvafiq inzibati tədbirlərin həyata keçirildiyini bəyan etmiş, lakin bu tədbirlərin nədən ibarət olduğunu açıqlamamışdı.

[media=https://youtu.be/4EEeHDCSgz8]

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir