Dünyada yalnız bir cütlük toylarının yüz illiyini qeyd etməyə müvəffəq olub. Onlar azərbaycanlı Ağayevlər ailəsidir.
Bu barədə Rusiyanın “Vesiskitim.ru” saytının hazırladığı toy ildönümlərinin rəmzlərinə dair məqalədə qeyd olunub.
Cütlük toylarının yüz illiyini qeyd edərkən Niftulla Ağayevin 126, onun həyat yoldaşı Balabəyimin isə 116 yaşı olub. Ömrünün 100 ilini birlikdə keçirən ilk və dünyada yeganə cütlük birgə qərar qəbul edərək toylarının yüzillik yubileyinə Qırmızı toy adı veriblər.
Vesiskitim.ru saytında həmçinin toyların ildönümləri əsasında müvafiq adları da təqdim olunub:
Evliliyin 1-ci ildönümü – Çit və ya tənzif toy
Evliliyin 2-ci ildönümü – Kağız toy
Evliliyin 3-cü ildönümü – Dəri toy
Evliliyin 4-cü ildönümü – Kətan toy
Evliliyin 5-ci ildönümü – Taxta toy
Evliliyin 6-cı ildönümü – Çuqun toy
Evliliyin 7-ci ildönümü – Mis toy
Evliliyin 8-ci ildönümü – Tənəkə toy
Evliliyin 9-cu ildönümü – Saxsı toy
Evliliyin 10-cu ildönümü – Qalay toy
Evliliyin 15-ci ildönümü – Şüşə toy
Evliliyin 20-ci ildönümü – Çini toy
Evliliyin 25-ci ildönümü – Gümüş toy
Evliliyin 30-cu ildönümü – Mirvari toy
Evliliyin 40-cı ildönümü – Yaqut toy
Evliliyin 50-ci ildönümü – Qızıl toy
Evliliyin 60-cı ildönümü – Almaz toy
Evliliyin 70-ci ildönümü – Mübarək toy
Evliliyin 80-ci ildönümü – Palıd toy
Evliliyin 90-cı ildönümü – Qranit toy