Ölkə ərazisində karantin səbəbilə bir neçə aydır ki, Bakıdan digər rayonlara gediş-gəlişdə məhdudiyyətlər var.
Mediapost.az xəbər verir ki, ötən günlərdə əməkdar artist Ruhəngiz Allahverdiyeva sözügedən məhdudiyyətləri nəzərə almayaraq Qubaya yollanmaq istəyib. Lakin onun bu arzusu baş tutmayıb.
Sənətçini Bakı-Quba yolunda yerləşən postdan geri qaytarıblar. O buna etiraz edib polislərlə mübahisə yaratsa da, R.Allahverdiyevanın cəhdləri uğursuzluqla nəticələnib.
Qeyd edək ki, bundan öncə də Əməkdar artist Elnarə Abdullayeva bölgələrin birinə yollanmaq istəyib, amma geri qaytarılıb.