Milli Məclisin sabiq sədri Oqtay Əsədovun rəhbəri olduğu Azərbaycan Tennis Federasiyasında kadr dəyişikliyi olub.
Zirveyolu.info Unikal.org-a istinadən xəbər verir ki, O.Əsədov Sabirə Abdullayevanı federasiyanın icraçı direktoru təyin edib.
Qeyd edək ki, Sabirə Abdullayeva “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında menecer Yalçın Manafovun köməkçisi vəzifəsində çalışıb. Yalçın Manafov isə hazırda tennis üzrə milli komandanın baş məşqçisi vəzifəsində çalışır.