Dünya

Rusiya peyvəndinin ilk partiyası mülki dövriyyəyə buraxıldı

Rusiyanın Səhiyyə Nazirliyi Gamaleya İnstitutu tərəfindən istehsal olunan koronavirus peyvəndi “Sputnik V”nin ilk partiyasının mülki dövriyyəyə buraxıldığını elan edib.

Bu barədə Rusiya Səhiyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb: “Rusiya Səhiyyə Nazirliyinin Gamaleya Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzi tərəfindən hazırlanmış “Qam-Covid-Vak” (“Sputnik V”) vaksininin ilk partiyası Rozdravnadzor laboratoriyalarında lazımi keyfiyyət testlərindən keçib və mülki dövriyyəyə buraxılıb”.

İlk peyvənd partiyalarının bölgələrə yaxın vaxtlarda çatdırılması planlaşdırılır.

Bundan əlavə, yaxın vaxtlarda Moskva poliklinikalarında “Sputnik V” peyvəndinin klinik sınaqlarının üçüncü mərhələsinin başlaması gözlənilir. Sınaqlarda 40 min könüllünün iştirak edəcəyi bildirilib. Onların bir hissəsinə həqiqi bir peyvənd, digər hissəsinə isə plasebo veriləcək. Paytaxt meriyasının məlumatına görə, peyvəndin qeydiyyatdan sonrakı sınaqlarında iştirak etmək üçün təxminən 25 min insan müraciət edib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir