Məktəblərdə yeməkxanalar işləməyəcək.
Bunu Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” barədə qərarına həsr olunan onlayn mətbuat konfransında Təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib:
“İbtidai sinif şagirdləri məktəbə yemək gətirib, tənəffüs vaxtı yeyə biləcəklər. Hələ ki, bufetlərin açılması nəzərdə tutulmayıb. Ancaq internat tipli məktəblərdə yeməkxanalar işləyəcək”.