Prokurorluq orqanlarında işə qəbul üzrə müsabiqə ilə əlaqədar sənədlərin elektron qaydada qəbulu davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, namizədlərin nəzərinə çatdırılır ki, müsabiqənin ilkin mərhələsi olan test imtahanında istifadə olunacaq test tapşırıqlarının hazırlanmasında aşağıdakı normativ hüquqi aktlardan istifadə ediləcək.
-Azərbaycan Respublikasının Konstitusiyası;
-“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu;
-“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu;
-“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya;
-Azərbaycan Respublikasının Cinayət Məcəlləsi;
-Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi;
-Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi;
-Azərbaycan Respublikasının Mülki Məcəlləsi;
-Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi;
-Azərbaycan Respublikasının Əmək Məcəlləsi;
-“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu;
-“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu;
-“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu;
-“Polis haqqında” Azərbaycan Respublikasının Qanunu;
-“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu;
-“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu;
-“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu.
Əlavə məlumat almaq üçün 492-06-82, 492-74-32, 492-62-23 və 437-28-56 nömrəli telefonlar vasitəsi ilə müraciət etmək olar.