Türkiyədə qardaşlar arasında dava faciə ilə nəticələnib.
Bu barədə “Haber Global” məlumat yayıb.
Bildirilib ki, Balıkesirdə bağa görə qardaşlar arasında dava başlayıb.
Həyat yoldaşının da dava etdiyini görən iki uşaq anası Çiydəm. D onları ayırmaq üçün araya girib.
Bu zaman əsəbi qardaşlar onu kürəklə döyərək öldürüb.
Hadisə yerinə polis çağırılıb.