Meksikanın Tixuana şəhərində polislərlə cinayətkar arasında baş verən atışma zamanı altı yaşlı uşaq ölümcül güllə yarası alıb.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
“Atəş səslərini eşidəndə həyətə qaçdım və oğlumun uzandığını gördüm. O, kiçik qardaşı ilə burada oynayırdı. Uşağı özümə tərəf çevirəndə yaralı olduğunu gördüm”, – deyə uşağın anası Monika Karrasko bildirib.
Polis uşağı yaxınlıqdakı xəstəxanalardan birinə çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.