Şou biznes

DİN-dən müğənni Elnar Xəlilovla bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyi müğənni Elnar Xəlilovun yerli televiziya kanallarının birində hava limanında özünün də iştirakçısı olduğu bir faktla bağlı verdiyi açıqlamaya münasibət bildirib.

Bununla bağlı DİN Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Natiq Cavadov açıqlama verib.

Onun sözlərinə görə, E.Xəlilov faktı təhrif edərək, ictimailəşdirib:

“Həmin verlişin tamaşaçıları arasında çaşqınlıq yaranmaması üçün müğəninin qeyd etdiyi insident barədə məlumat verməyi zəruri hesab edirəm.

Belə ki, ötən il oktyabrın 22-də gecə saat 2:30-da Elnar Xəlilovla dostu Müşfiq Ələkbərov Heydər Əliyev adına Beynəlxalq Hava Limanının qarşısındakı dayanacaqda avtomobillərini park edərkən digər sürücü Anar Qurbanovla aralarında yaranmış mübahisə nəticəsində əlbəyaxa dava ediblər. Bu zaman E.Xəlilov və M.Ələkbərov A.Qurbanovun baş və sifət nahiyəsinə əl və ayaq zərbələri ilə xəsarətlər yetirərək, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq ediblər.

Faktla bağlı Hava Nəqliyyatında Polis İdarəsində araşdırma aparılıb və Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

E.Xəlilova və M.Ələkbərova qeyd olunan maddədə nəzərdə tutulan ittiham elan olunub və barələrində «başqa yerə getməmək» haqqında intizam qətimkan tədbiri seçilib.

Bu il avqustun 31-də istintaq yekunlaşıb, cinayət işi üzrə ittiham aktı tərtib edilərək prosessual rəhbərliyi həyata keçirən Bakı şəhər Prokurorluğuna göndərilib.

Müğənni Elnar Xəlilovun az qala bir il bundan əvvəl törətdiyi qanun pozuntusunu indi təhrif olunmuş formada ictimailəşdirməsi ən azı təəssüf doğurur. Buna baxmayaraq, bir daha qeyd edirəm ki, qanunlar qarşısında hamı eyni məsuliyyəti daşıyır”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir