Cəmiyyət

Azərbaycanda oğurlanaraq şantaj edilən şəxs xəstəxanada öldü

Azərbaycanda naməlum şəxslər tərəfindən evindən zorla aparılan kişi ölüb.

“Report”un xəbərinə görə, hadisə avqust ayında qeydə alınıb.

Belə ki, Yevlax rayon sakini Ceyhun Xəlilov avqustun 23-də evindən zorla Abşeron rayonu, Xırdalan şəhərində aparılıb və orada döyülüb.

Daha sonra həmin şəxslər C.Xəlilovun arvadından hədə-qorxu ilə 1 000 manat pul alaraq onu sərbəst buraxıblar.

Bundan 3 həftə sonra C.Xəlilov daxili qanaxma diaqnozu ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və orada ölüb.

Hadisə ilə bağlı Abşeron rayonu, Xırdalan şəhər sakinləri Rasim Ramazanov və Xanlar Balayev polis əməkdaşları tərəfindən tutulub. Onlardan odlu və soyuq silah aşkarlanaraq götürülüb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir