Dünya

Lukaşenko Belarus prezidenti kimi vəzifəsinə başladı

Aleksandr Lukaşenko Belarus prezidenti kimi vəzifəsinə başlayıb. Andiçmə mərasimi hazırda “Müstəqillik Sarayı”nda baş tutur.

Bu barədə BELTA xəbər yayıb.

Mərasimə yüz nəfərə yaxın qonaq dəvət edilib. Onların arasında yüksək vəzifəli şəxslər, Nümayəndələr Palatasının deputatları və Respublika Şurasının üzvləri, dövlət orqanlarının və ictimai təşkilatların, yerli icra və inzibati orqanların rəhbərləri, respublika kütləvi informasiya vasitələrinin nümayəndələri, elm, mədəniyyət və idman xadimləri var.

Sağ əlini Konstitusiyaya qoyan Aleksandr Lukaşenko Belarus dilində and içib və andiçmə aktını imzalayıb.

Bundan sonra Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina Aleksandr Lukaşenkoya Belarus Respublikası Prezidentinin vəsiqəsini təqdim edib.

Xatırladaq ki, Belarusda prezident seçkiləri avqustun 9-da keçirilib. MSK-nın məlumatına görə, seçicilərin 80,1 faizi Aleksandr Lukaşenkoya səs verib. Bütövlükdə ölkədə seçici fəallığı 84,28 faiz təşkil edib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir