ARB TV-nin “Xəbər Ətər” verilişinin növbəti qonağı müğənni Günel Ələkbərova (Pişik Günel) olub.
Müğənni əvvəllər çox ağılsız olduğunu deyib:
“Hər zaman çalışırdım ki, brend geyinim. Hətta xaricdə belə ən bahalı və brend geyimləri seçirdim. Əvvəllər bir köynəyə 1500-2000 manat verməyi düşünürdüm. Doğrudan da ağlım olmayıb.
Bəzi insanlarla rastlaşanda baxırsan ki, brend geyinsə də, əynində əski parçası kimi görünür. Elə adam da var ki, adi 30-40 manatlıq bir şey geyinsə də, gözəl və sanballı görünür”.