Bu gün UEFA Avropa Liqasında “Qarabağ”ın rəqibi bilinəcək.
Belə ki, bu gün həmin turnirdə III təsnifat mərhələsinə yekun vurulacaq.
Ağdam klubu “Leqiya” (Polşa) – “Drita” (Kosovo) cütünün qalibi ilə üz-üzə gələcək. Bu görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Görüş Polşanın paytaxtı Varşavada keçiriləcək.
Qeyd edək ki, “Qarabağ” cütün qalibindən asılı olmayaraq, pley-off matçını səfərdə oynayacaq. Pley-off qarşılaşması oktyabrın 1-də səfərdə olacaq.