Rusiyalı iş adamı Azərbaycan xalqını Ali Baş komandanı dəstəkləməyə çağırıb.
Azərbaycan əsilli rusiyalı iş adamı Fərhad Əhmədov sosial şəbəkə hesabında paylaşdığı statusunda həmvətənlərimizə müraciət edib.
O müraciətində bildirib:
“Elə bir an gəlib çatdı ki, bütün azərbaycanlılar bir nəfər kimi sıx birləşməli və təcavüzkarların ələ keçirdikləri əzəli torpaqlarımızın işğaldan azad edilməsinə başlayan Azərbaycanın Ali Komandanını və ölkə ordusunu dəstəkləməlidir..”