Month: Sentyabr 2020

Əli Həsənov susqunluğunun səbəblərini açıqladı: “Növbəti ürək əməliyyatına hazırlaşıram”

Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov son vaxtlar barəsində yayılmış məlumatlarla bağlı fikirlərini bölüşüb. Ə.Həsənov bununla bağlı fikirlərini “Facebook” hesabımda yayıb. O, susqunluğuna səbəb kimi səhhətində yaranmış problemləri göstərib: “10 aydır ki, mən 25 il fasiləsiz çalışdığım dövlət qulluğundan…

DTX-nin tutduğu “Abu İbrahim Dağıstani” ləqəbli terrorçuya 19 il həbs cəzası verildi – VİDEO

Azərbaycan Respublikası vətəndaşlarının radikal dini ideyaların təsiri altında terror təşkilatlarına və bu təşkilatlar tərəfindən ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb edilmələrinə qarşı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində Pakistanda saxlanılaraq 2019-cu ilin oktyabrında Azərbaycana ekstradisiya…

4-cü mərtəbədən yıxılan azyaşlı öldü

Sumqayıtda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. APA-nın yerli bürosunun məlumatına görə, şəhərin 4-cü mikrorayonunda 2012-ci il təvəllüdlü Ağazadə Zəhra Vüqar qızı ehtiyatsızlıqdan 4-cü mərtəbədən yıxılıb. Ağır xəsarət alan azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.