Hikmət Hacıyev: “Bu əməliyyatları sülhə məcburetmə əməliyyatı da adlandırmaq olar”
“Biz Ermənistan- Azərbaycan qoşunlarının təmas xəttində yaranmış vəziyyətə görə beynəlxalq ictimaiyyətin ciddi narahatlığını başa düşürük. Bu narahatlığı Azərbaycan Respublikası özü dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırdı”. Oxu.Az-ın müxbiri xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri…
Prezident Vilayət Eyvazova hərbi vəziyyət dövründə yeni səlahiyyət verdi – SƏRƏNCAM
Prezident İlham Əliyev hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantının təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Süleyman oğlu Eyvazov hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantı təyin edilib.
Ermənistanın hərbi-siyasi rəhbərliyi Cenevrə Konvensiyasını kobud şəkildə pozur
Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri hədəfə almaqda davam edir. Hədəf kimi seçilən ərazilər əhalinin kompakt olduğu məntəqələr – rayon və kənd mərkəzləri,…