Müdafiə Nazirliyi Ermənistana sonuncu XƏBƏRDARLIĞI ETDİ
Sentyabrın 28-i səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tərtər şəhəri atəşə tutulur. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib Müdafiə Nazirliyinin rəhbərliyi qarşı tərəfi sonuncu dəfə xəbərdar edir ki, tərəfimizdən onlara qarşı adekvat cavab tədbirləri görüləcək.
Hərbi vəziyyət səfərbərliyin elan olunması anlamına gəlmir – Səfərbərlik Xidməti
“Azərbaycan Respublikasında səfərbərlik yox, hərbi vəziyyət elan olub”. Bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının şöbə rəisi, polkovnik Əjdər Babazadə keçirdiyi brifinqdə deyib. O qeyd edib ki, hərbi vəziyyətin elan edilməsi səfərbərliyin elan olunması anlamına gəlmir: “Əgər…
Azərbaycan ordusunun itkiləri açıqlandı – RƏSMİ
Sentyabrın 27-dən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi öz təxribatçı əməllərini davam etdirərək, Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozmaqla dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutmuş, o cümlədən mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməyə davam…