İranda güclü zəlzələ oldu
İranın Gülüstan vilayətinin Maravatəpə rayonunda 5,2 bal gücündə zəlzələ olub. Bu barədə Tehran Universitetinin Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, zəlzələ yerin 10 kilometr dərinliyində meydana gəlib. Qeyd edək ki, dağıntı və tələfat barədə məlumat verilməyib.
DTX-nin tutduğu XİN vəzifəlilərindən – Yeni xəbər
Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev və Konsulluq məsələləri və sənədlərin təsdiqi şöbəsinin üçüncü katibi İlqar Əliyev barəsində seçilən həbs qətimkan dəyişdirilməsi barədə vəsatətlər verilib. Report xəbər verir ki, müdafiəçilərin verdiyi vəsatətlərə Səbail Rayon Məhkəməsində…
Cəbhədə son durum
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 48 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Nerkin Karmirağbur, Ayqepar, Mosesqex, Çinari və…