Ölkə ərazisində komendant saatının tətbiq olunduğu şəhər və rayonlarda polis əməkdaşları ilə Daxili Qoşunların hərbi qulluqçuları birgə xidmət aparırlar.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, komendant saatının tətbiq olunduğu müddətdə, yəni axşam saat 21:00-dan səhər saat 06:00-dək piyadaların, sürücü və sərnişinlərin sənədləri yoxlanılır, avtomobillərin yük yerinə baxış keçirilir.
Hərəkətinə müvafiq icazəsi olmayan şəxslər barədə qanunvericiliyin tələblərinə uyğun olaraq tədbir görülür.