Manşet

Hakimiyyətdən sui-istifadə etmə cinayətləri 65 faiz azalıb – RƏSMİF

Ötən ilin I yarısı ilə müqayisədə, bu ilin eyni dövründə qeydə alınmış qulluğa səhlənkar yanaşma cinayətləri 54,5 faiz azalıb.

Bu barədə “Xalq qəzetinə” müsahibəsində Azərbaycan Respublikası Baş prokurorunun müavini- Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev məlumat verib.

O bildirib ki, hakimiyyətdən sui-istifadə etmə, rüşvət alma və rüşvət vermə cinayətləri də azalıb:

“Belə ki, hakimiyyətdən sui-istifadə etmə cinayətləri 65,5 faiz, rüşvət alma və rüşvət vermə cinayətləri 27,9 faiz, mülkiyyət əleyhinə olan cinayətlər 61,7 faiz, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətləri 64,3 faiz, xuliqanlıq cinayətləri 66,7 faiz, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 50 faiz, həmçinin öz sağlamlığına zərər vurmaqla və ya sair üsulla hərbi xidmətdən boyun qaçırma cinayətləri 50 faiz, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri isə 45,1 faiz azalıb”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir