ABŞ prezidenti Donald Tramp bildirib ki, o və birinci xanım Melanya Tramp COVID-19-a yoluxub.
Bu barədə xarici mətbuat xəbər verir.
Qeyd edək ki, ABŞ prezidenti daha əvvəl məsləhətçisi Xoup Xiksdə koronavirusun aşkarlanmasından sonra özünün verdiyi COVID-19 testinin nəticəsini gözlədiyinə görə karantinə getdiyini açıqlayıb.
ABŞ prezidenti Donald Tramp bildirib ki, məsləhətçisi Xoup Xiksdə koronavirusun aşkarlanmasından sonra özünün verdiyi COVID-19 testinin nəticəsini gözlədiyinə görə karantinə gedib.
Bundan əvvəl isə Trampın məsləhətçisi Xoup Xiksə COVID-19 diaqnozu qoyulub. ABŞ liderinin ən yaxın köməkçilərindən olan Xiks çərşənbə axşamı Klivlendə müzakirələrə səfər zamanı, habelə Minnesota ştatında mitinqdə onu müşayiət edib. Ancaq mənbələr qeyd edib ki, Ağ Ev başçısının koronavirusa yoluxub-yoluxmaması ilə bağlı hər hansı xəbər yoxdur.