Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 137 nəfər sağalıb, 108 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 40 min 561 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 38 min 354 nəfər müalicə olunaraq sağalıb, 595 nəfər vəfat edib. Aktiv xəstə sayı 1612 nəfərdir.
Ötən müddət ərzində 1 milyon 132 min 327 test aparılıb. Bugünkü test sayı isə 5789-dur.