Manşet

Prezidentin köməkçisi: “Danışıqlar xatirinə danışıqlar hər kəsi yorub”

 

“Azərbaycan həmişə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar masasında iştirak edir”.

Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, danışıqlar prosesini dağıdan, məhv edən Ermənistan tərəfidir:

“Ona görə də bu müraciət Ermənistana ünvanlanmalıdır ki, Ermənistan özünün işğalçılıq siyasətinə son qoysun. Danışıqlar xatirinə danışıqlar da hər kəsi yorub.

Danışıqlar prosesi ilk növbədə nəticəyönümlü olmalıdır ki Azərbaycan işğal olunmuş ərazilərindəki Ermənistanın silahlı qüvvələrinin mövcudluğuna son qoyulsun və Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılsın.

Eyni zamanda BMT-nin aidiyyəti qətnamələri təmin olunsun. Azərbaycan öz konstruktivliyini, özünün danışıqlar prosesindəki mövqeyini aydın və birmənalı şəkildə ifadə edib. İndiki şəraitdə də beynəlxalq ictimaiyyət Ermənistanın üzərinə daha böyük siyasi, diplomatik təzyiqlər qoymalıdır ki, Ermənistan öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarsın.

Bütün bunlar barədə ölkə başçısı beynəlxalq telekanallara açıqlamalarında ətraflı məlumat verib”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir