Ermənistan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi adına saxta “Twitter” hesabı açılıb.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb:
“Vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin profilə istinad etməməyə və bu https://twitter.com/ModAzerbaijan saxta hesabının bağlanılması üçün şikayət etməyə çağırırıq.
Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi “Twitter” hesabı bu linkdədir:
https://twitter.com/wwwmodgovaz”.