Sosial şəbəkələrdə Silahlı Qüvvələrimiz üçün yardım toplayan şəxslərin sayının çoxaldığını nəzərə alaraq, vətəndaşlardan ayrı-ayrı şəxslərin hesabları deyil yalnız Müdafiə Nazirliyinin paylaşdığı rəsmi hesab nömrələrinə köçürmələr etmək xahiş olunur.
Bu barədə Nazirliyin açıqlamasında bildirilir.
Qeyd edilir ki, Silahlı Qüvvələrə Yardım Fonduna aşağıdakı linklər vasitəsilə keçid etmək olar:
https://gpp.az/WebPortal/Infosite/Sc/989100/Category/8,
https://asanpay.az/intro/home,
https://hesab.az/unregistered/#/direct-pay/charity/merchants.
Müdafiə Nazirliyinin rəhbərliyi ordumuza maddi və mənəvi dəstək olan hər bir vətəndaşımıza minnətdarlığını bildirir.