Manşet

Azərbaycanda nazirliyin 52 əməkdaşı cəbhəyə yollandı – RƏSMİ + FOTO

Xəbər verdiyimiz kimi, sentyabrın 27-dən başlayaraq, Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti təxribata başlayıblar. Azərbaycan Ordusu bu təxribata qarşı əks-hücum əməliyyatları həyata keçirir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev mətbuata açıqlamasında bildirmişdi ki, qismən səfərbərliklə bağlı planda nəzərdə tutulandan daha çox – on minlərlə vətəndaş Xidmətin Aparatına və yerli struktur bölmələrinə müraciət edərək, ərazi bütövlüyümüz uğrunda döyüşlərdə iştirak etmək istədiklərini bildirirlər.

Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün səfərbərliyə qoşulanların içində qurumun da işçiləri də var:

“Qurumun tərkibində olan idman kompleksləri və idarələrdən 52 nəfərlik heyət hərbi mükəlləfiyyətlə bağlı vəzifələri yerinə yetirmək üçün səfərbərlik xidməti orqanları tərəfindən hərbi toplanışlara cəlb edilib”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir